İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN Qazaxıstan diplomatlarının Ukraynadakı aksiyalarda iştirakı ilə bağlı şərh istəyir

Moskva Qazaxıstan diplomatlarının Ukraynadakı aksiyalarda iştirakı ilə bağlı məlumatları təkziblə bağlı Astananın rəsmi şərhinə ümid edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Qazaxıstan tərəfi Rusiya Federasiyasını əmin edib ki, “bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil və respublikanın hakimiyyət orqanlarının bununla heç bir əlaqəsi yoxdur”.

“Rusiya tərəfinin yaxın tərəfdaşlara etibar etməmək üçün heç bir əsası yoxdur. Eyni zamanda, Rusiya-Qazaxıstan strateji tərəfdaşlığına və müttəfiqliyinə xələl gətirmək məqsədi ilə bu mövzunun daha da qabardılmasının qarşısını almaq üçün dostlarımızın rəsmi şərhi çox arzuolunandır. B,u spekulyasiyalara son qoyacaq", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR