İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: "Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra..."

Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaq qərarından sonra Rusiya hakimiyyəti bölgədəki sülhməramlılarla bağlı məsələləri Bakı ilə həll edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti"yə müsahibəsində danışıb.

Rusiya sülhməramlı kontingenti 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından sonra Qarabağa yerləşdirilib. Qaluzin xatırladıb ki, o zaman bağlanmış müqaviləyə əsasən, Rusiya sülhməramlıları regionda 5 il - 2025-ci ilin noyabrına qədər qalacaq və onların qalma müddəti uzadıla bilər.

"Əlbəttə, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımaq qərarından sonra vəziyyət kəskin şəkildə dəyişdi. İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir", deyə nazir müavini bildirib.

Oktyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi kimi tanınması haqqında bəyannamə imzalayıb. O, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğundan danışıb. Oktyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Xankəndində Azərbaycan bayrağını qaldırıb.//qaynarinfo.az

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR