İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: “Bu səfər İrəvanın qeyri-dost davranışından xəbər verir”


“Rusiya Ermənistanın ikitərəfli tərəfdaşlığın əhəmiyyətini adekvat qiymətləndirəcəyini gözləyir”.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Biz çox ümid edirik ki, onlar (rəsmi İrəvan-red.) ilk növbədə, Rusiya və Ermənistan xalqlarını birləşdirən çoxəsrlik möhkəm əlaqələrin marağından çıxış edəcəklər", - deyə nazir müavini söyləyib.

Rusiya-Ermənistan münasibətlərindən danışan Qaluzin qeyd edib ki, Rusiya Federasiyası həmişə mürəkkəb məsələlərin rəsmi səviyyədə, diplomatik kanallar vasitəsilə, media məkanına heç bir emosional rəng qatmadan peşəkarcasına həll olunmasına üstünlük verir.

“Amma təəssüflər olsun ki, biz Ermənistan tərəfdən Rusiyaya qarşı ictimai qeyri-dost ritorikanın gücləndiyini gördük. Nəticədə sizin dediyiniz bəyanatı sentyabrın 25-də dərc etməyə məcbur olduq. Yəni rəsmi İrəvanın anti-Rusiya ritorikasının intensivliyinin artmasından sonra mübahisəni ictimai məkana köçürdük”,-deyə o qeyd edib.

"Rəsmi İrəvanın qeyri-dost davranışını göstərən bütün arqumentlərimizi burada qeyd etmək istəmirəm. Ancaq KTMT çərçivəsində təlimlərdən imtina fonunda ABŞ-Ermənistan hərbi təlimlərinin keçirilməsi kimi addımları xatırlatmalıyam. Bundan başqa Ermənistanın baş nazirinin həyat yoldaşının Kiyevə səfəri və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü, Ermənistan parlamentinin sədri cənab Alen Simonyanın ukraynalı həmkarı Ruslan  Stefançuk ilə ünsiyyəti meydan oxumaqdır.  Son vaxtlar İrəvana tez-tez Avropadan müxtəlif növ qonaqlar gəlirlər. Onlar İrəvandan müxtəlif növ anti-Rusiya bəyanatları üçün platforma kimi istifadə edirlər”, - deyə Qaluzin vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR