İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN amerikalı jurnalistin mübadiləsini mümkün sayır- Açıqlama

“The Wall Street Journal”ın amerikalı jurnalisti Evan Qerşkoviçin mübadiləsi məhkəmədən sonra mümkün ola bilər.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Dəyişdirilmə məsələsinə məhkəmə konkret olaraq bu və ya digər ittiham üzrə hökm çıxardıqdan sonra baxıla bilər”, – XİN rəsmisi deyib.

Ryabkov xatırladıb ki, Gerşkoviçlə Rusiyada casusluqda təqsirli bilinən amerikalı Pol Uilan arasında mümkün mübadilə məsələləri ilə iki ölkənin xüsusi xidmət orqanları məşğul olur. Eyni zamanda birincinin işi üzrə məhkəmə qərarı olmadığı üçün onları eyni səviyyəyə qoymaq düzgün deyil.

31 yaşlı Evan Qerşkoviç martın 30-da Yekaterinburqda saxlanılıb və casusluq ittihamı ilə Lefortovo istintaq təcridxanasına göndərilib. FTX-nin məlumatına görə, jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin işi haqqında məlumat toplayıb.

Gerşkoviç 1986-cı ildən bəri Rusiyada həbs olunan ilk xarici müxbir olub. İttiham təsdiqini taparsa, onu 20 ilə qədər həbs gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR