İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşlığı alan taciklər Moskvadakı səfərbərlik məntəqəsindən qaçıblar

Moskvada yaşayan iki Tacikistan vətəndaşı səfərbərlik məntəqəsindən qaçıb.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, bu yaxınlarda Rusiya pasportunu aldıqdan dərhal sonra onlardan hərbi xidmətə getmələri tələb olunub.

Mənbənin sözlərinə görə, Məhəmmədnəbi S. və Maksud M. hərbi xidmətə getmələri üçün aparıldıqları səfərbərlik məntəqəsindən qaçıblar. Onlar Moskvanın Uqreşskaya küçəsində yerləşən çağırış məntəqəsində olublar. Taciklər burada hərbi xidmətə, daha dəqiqi, Ukraynadakı müharibəyə göndəriləcəkmişlər, lakin axşam hərbi komissarlığın əməkdaşları oğlanların aradan çıxdıqlarını görüblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi xidmətdən yayınanlardan birini saxlayıblar: o, qeydiyyat yerindəki mənzildə onlardan gizlənib. İkincisi hələ tapılmayıb. Polis gənclərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 328-ci “Hərbi xidmətdən yayınma” maddəsi ilə cinayət işi açıb. Fərarilərə iki ilə qədər həbs cəzası verilə bilər.

Onu da qeyd edək ki, Rusiyanın müvafiq strukturları illər əvvəldən RF vətəndaşlığı üçün müraciət edən hərbi mükəlləfiyyətli şəxslərin “arzu”sunu Ukraynada başlanmış müharibədən sonra həvəslə gerçəkləşdirir və elə ertəsi gün onlara çağırış vərəqəsi göndərir, “vətən qarşısında borclarını yerinə yetirməyi” tələb edirlər. Həmin şəxslərin hamısı müharibəyə, labüd ölümə göndərilir. Bir parça çörək üçün vətənindən didərgin düşərək Rusiyaya sığınmış şəxslər isə gedib Ukrayna çöllərində ölmək istəmirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR