İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ukrayna ombudsmanları arasında görüş olub

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova və ukraynalı həmkarı Dmitro Lubinets arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə rusiyalı ombudsman teleqramda məlumat verib.

“İki ölkənin vətəndaşlarına humanitar yardımın göstərilməsi məsələlərini müzakirə etdik”, - T. Moskalkova qeyd edib.

Qeyd edək ki, yanvarın əvvəlində iki ombudsmanın görüşü anons edilmişdi. D. Lubinets Rusiya tərəfi ilə cinayət işləri üzrə təqib edilən mülki şəxslərin qarşılıqlı geri qaytarılmasını müzakirə etməyi planlaşdırdığını, T. Moskalkova isə danışıqların gündəliyinin dəqiqləşdirildiyini və onların Türkiyədə baş tutacağını bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR