İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ukrayna ilə əlaqəsi olan 4 nəfərin zəhərləndiyi ortaya çıxdı

Müharibə başlamazdan bir neçə ay əvvəl ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst mümkün zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi Aleksey Navalnının tərəfdarları məlumat yayıb.

Con Herbst Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisi olaraq tanınırdı.

Məlumata görə, 2023-cü ilin yazında mümkün zəhərlənmə ilə bağlı daha iki epizod baş verib. Bu ilin aprel ayında Berlində Rusiya müxalifətinin görüşü zamanı ölkəni bir müddət əvvəl tərk etmiş jurnalist (adı açıqlanmır) xəstələnib. Müalicə üçün o, "Noviçok" tərəfindən zəhərlənəndən sonra Aleksey Navalnının olduğu Berlindəki "Şarite" klinikasına müraciət edib. Bu görüşdən sonra, artıq may ayında Azad Rusiya Fondunun rəhbəri Nataliya Arno özündə zəhərlənmə əlamətlərini aşkar edib.

"Agentstvo" portalının məlumatına görə, simptomlar başlamazdan əvvəl Nataliya Arno Praqadakı hotel otağının qapısının açıq olduğunu, orada "ucuz ətir iyinə" bənzər bir qoxu hiss etdiyini söyləyib. Arno artıq səhəri gün Praqadan ayrılıb.

Belə bir hadisə 2022-ci ilin yayında araşdırmaçı jurnalist Xristo Qrozevlə də baş verib. Onun Rusiyaya həsr olunmuş jurnalist konfransı zamanı yaşadığı Monteneqroda hotel otağında oğurluq baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR