Onlayn ictimai-siyasi qəzet
Rusiya və Azərbaycan iki ölkə arasında yüklərin stabil daşınmasını təmin etmək üçün zəruri tədbirlər kompleksinin həyata keçirilməsində maraqlı olduqlarını və “Şimal-Cənub” nəqliyyat dəhlizinin prioritetlərini təsdiqləyiblər.
“Report”un yerli bürosunun məlumatına görə, bu məsələ Rusiya Baş nazirinin birinci müavini Andrey Belousovla Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında danışıqlar zamanı müzakirə olunub.
Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrə prioritet vəzifələri nəzərdən keçiriblər.
A.Belousovla Ş.Mustafayev Rusiya və Azərbaycan dəmir yolları ilə yüklərin stabil daşınmasını təmin etmək üçün zəruri tədbirlər kompleksinin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Həmçinin danışıqların yekunu olaraq dəmir yolu daşımalarının və “Şimal-Cənub” nəqliyyat dəhlizinin infrastrukturunun inkişafı üçün zəruri olan normativ hüquqi bazanın yaradılması üzrə birgə tədbirlər planı təsdiq edilib.
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ