İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya qarşı ŞOK üsulla hərəkətə keçir

Rusiyanın hər yerində hərbi mərkəzlər və düşərgələr açılıb, burada yeniyetmələr Ukrayna ilə müharibədə tələb olunan ixtisaslar üzrə hazırlanır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, gələn ildən məktəblərdə "Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları" fənninin tədrisinə başlanacaq. Uşaqların hərbi əməliyyatlara praktiki hazırlığı artıq başlayıb.

Rusiya prezidenti Qrantlar Fondu gənclərin hərbi hazırlığı ilə bağlı eyni vaxtda bir neçə layihəyə dəstək verib. Bryansk paraşütçülər klubunun "Sən və mən Rusiyaya xidmət etmək niyyətindəyik" layihəsinə 4,7 milyon rubl ayrılıb. Həmin layihəyə əsasən, uşaqların kvadrokopterlə bacarıqlarının nümayişi keçiriləcək, döyüş şəraitinə mümkün qədər yaxın yerlərdə hərbi-taktiki oyunda iştirak edəcəklar. Uşaq evindən 30 yeniyetmə hərbi şəraitdə bilik və vərdişlər qazanacaq.

Ölkənin 12 bölgəsində "Voin" hərbi mərkəzləri açılıb. Hökumətyönlü medianın məlumatına görə, uşaqlar Ukraynadakı müharibədə ən çox tələb olunan sahələr (snayper, pilotsuz uçuş aparatları və elektron müharibə) üzrə ixtisaslaşacaqlar. Kurs zamanı uşaqlar həmçinin odlu silah hazırlığı üzrə təlim keçəcəklər. Məlumata görə, 14-17 yaş arası 9000-dən çox uşaq təlimdə iştirak etməlidir.

Bütün bu proses Sakit Okean Donanmasının keçmiş komandanı, admiral Sergey Avakyantsın komandanlığı altında koordinasiya edilir. Layihənin kuratoru prezidentin Uzaq Şərq üzrə nümayəndəsi Yuri Trutnevdir.

Xatırladaq ki, Roma Statusu 15 yaşından kiçik uşaqların milli silahlı qüvvələrə cəlb edilməsini və hərbi münaqişələrdə istifadəsini qadağan edir. Beynəlxalq hüquqa görə, bu, müharibə cinayəti sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR