İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya gedən yolu belə “kəsir” - Peskov DETALLARI AÇIQLADI

“Almaniya Avropanın əsas iqtisadi gücü və aparıcı ölkələrindən biri olsa da, Ukraynaya davamlı və böyük həcmdə hərbi yardım göstərmək məsuliyyətini təkbaşına daşımaq onun üçün mümkün deyil”.

Musavat.com-un xəbərinə əsasən, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” kanalının jurnalisti Pavel Zarubinə verdiyi açıqlamada bildirib.

Peskovun sözlərinə görə, Almaniya uzun müddətdir Avropa İttifaqının iqtisadi lokomotivi kimi çıxış edir və bir çox maliyyə yükünü üzərinə götürür. Lakin Kiyevə hərbi dəstəyin, xüsusilə silah və texnika tədarükünün maliyyələşdirilməsi kimi strateji və bahalı bir məsələni təkbaşına çəkmək nə realdır, nə də Almaniyanın daxili resursları və ictimai-siyasi vəziyyəti buna imkan verir.

O əlavə edib ki, əgər Almaniya bu öhdəliyi tam şəkildə öz üzərinə götürmək məcburiyyətində qaldığını başa düşərsə, bu, ölkə daxilində ciddi siyasi və iqtisadi çətinliklərə səbəb ola bilər.

Peskov hesab edir ki, bu cür ssenari baş verərsə, Almaniyada ictimai narazılıqlar artacaq, hökumət daxilində parçalanmalar yaşana bilər və nəticədə Berlinin Ukrayna siyasətinə yanaşmasında dəyişiklik qaçılmaz olacaq.

Dmitr Peskov vurğulayıb ki, kollektiv Qərbin Ukraynaya yardım siyasəti indiyədək nisbətən vahid mövqedən idarə olunsa da, maliyyə yükünün bərabər bölüşdürülməməsi bu birliyə ciddi zərbə vura bilər. Onun fikrincə, bu da uzunmüddətli perspektivdə Qərbin Ukraynaya dəstəyini zəiflədə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR