İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə tutub, yaralılar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Çernihiv vilayətinin Semenivka şəhərinin yaşayış massivini atəşə tutması nəticəsində yeddi nəfər yaralanıb.

Bunu regionun vilayət dövlət administrasiyasının sədri Vyaçeslav Çaus teleqramda bildirib.

“Yanvarın 4-ü axşamı rusiyalılar sərhədyanı Semenivka şəhərinə 4 İAB (idarəolunan aviasiya bombası – red.) atıblar. Mərkəzi hissəni, yaşayış massivini nişan almışdılar. Saat 23:00-a (Bakı vaxtı ilə 00:00 – red.) olan vəziyyətə görə, ilkin olaraq yeddi yaralı məlumdur, onlara lazımi yardım göstərilir”, – o yazıb.

Administrasiya sədri ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.

“İnzibati bina, kafe, yaşayış evləri və dinc sakinlərin avtomobillərinə ziyan dəyib”, – Çaus qeyd edib.\\“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR