İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada 200 minlik ordu qrupunu idarə edə bilmir-Britaniya kəşfiyyatı

 

Ukraynadakı müharibənin 15-ci ayında Rusiya qüvvələri cəbhə xətti boyunca hərbi birləşmələrin effektiv koordinasiyasını təmin edə bilməkdə aciz qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat icmalında deyilir.

Analitiklərin gəldiyi ümumi rəyə görə, kağız üzərində Rusiyanın Ukraynadakı Birgə Qüvvələr Qrupu 446 gün əvvəl işğalçı qüvvələr necə təşkil edilmişdisə, eyni vəziyyətdə qalıb. Həmin qrup 200 minlik şəxsi heyət, o cümlədən 70-ə yaxın səhra alayı və briqada birləşmiş beş qoşun qrupuna bölünüb.

2022-ci ilin fevralında Ukrayna daxil olan ilk ordu birləşmələri əsasən peşəkar hərbçilərdən təşkil olunub, kifayət qədər müasir maşınlarla təchiz edilib və mütəmadi olaraq kompleks şəkildə birgə əməliyyatları hədəfləyən təlimlər keçiriblər. Lakin indi vəziyyət fərqlidir.

“Bu gün Rusiya qüvvələri əsasən zəif təlim keçmiş, səfərbər edilmiş ehtiyatda olan əsgərlərdən ibarətdir və getdikcə köhnəlmiş texnikadan asılıdır. Onların bir çox bölmələrində ciddi kadr çatışmazlığı var. Rusiya qoşunları müntəzəm olaraq yalnız çox sadə piyada əməliyyatları aparırlar”,-deyə hesabatda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR