Onlayn ictimai-siyasi qəzet
Bir həftə ərzində Ukraynadakı müharibədə ən azı 273 Volqaboyu sakini həlak olub. Onlardan 127-si Tatarıstan sakinləridir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, mayın 13-nə qədər olan məlumata görə, bu bölgələrdən ən azı 13 938 nəfər ölüb.
Mayın 6-dan mayın 12-dək olan müddətdə Volqaboyunun 15 bölgəsindən Ukraynada gedən müharibədə həlak olan 273 hərbi qulluqçunun adları müəyyənləşib. Ölənlərin demək olar ki, yarısı Tatarıstan sakinləridir - 127 ölü. İkinci yerdə 34 ölü ilə Başqırdıstan, üçüncü yerdə 19 hərbçi itirən Perm ərazisi qərarlaşıb.
Onları Kirov vilayəti və Saratov (hər biri 15 ölü), Samara (12 nəfər), Udmurtiya (11), Orenburq vilayəti (doqquz), Ulyanovsk vilayəti (səkkiz ölü) izləyir. Nijni Novqorod vilayəti və Çuvaşiya hərəyə beş, Penza və Həştərxan vilayətləri dörd, Mari El Respublikası üç, Mordoviya isə iki nəfər itirib.
Tatarıstan sakinləri arasında itkilərin artmasına baxmayaraq (1691 hərbi qulluqçu), Volqaboyu arasında hərbi ölümlərin sayına görə Başqırdıstan hələ də liderdir (1993 nəfər).
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ