İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna ordusunun qarşısını niyə ala bilmir?

Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisində hücumu davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, gələn məlumatlara əsasən Suca qismən və ya tam olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirilib.

Bölgədə olan hərbi müxbirlərin və Z-kanallarının məlumatına görə, döyüş bölgəsi genişlənir. Digər regional mərkəz - Korenevo yaxınlığında toqquşmalar başlayıb, zərbə qrupu Rılska doğru irəliləyib. Ukrayna Silahlı Qüvvələrinin Kazaçya Loknya, Kruqlenkoye, İvnitsa və Anastasyevka kəndlərində olduğu bildirilir.

Hərbi ekspetlər Ukrayna Silahlı Qüvvələri manevr taktikasından istifadə etdiyini bildirirlər. Məhz bu taktikanın köməyi ilə ukraynalılar 2022-ci ilin payızında Xarkov vilayətini azad ediblər. Zirehli texnika və maşınlarda olan nisbətən kiçik qruplar Rusiya ərazisinin dərinliklərində reydlər keçirir.

Niyə Rusiya qüvvələri hücumu dayandıra bilmir?

Vəziyyətlə tanış olan rus hərbçisinin verdiyi məlumata görə, Kurskda Rusiyanın azsaylı ordusu olub – hərbi hissələrin hamısı cəbhədə yerləşdirilib. Bölgəni sərhədçilər və həqiqi hərbi xidmətə çağırılanlar qoruyurlar, onlarda isə heç bir ağır silah və ya pilotsuz uçuş aparatı yoxdur. Ordu birləşmələrini (tanklar, artilleriya və dronlarla) bölgəyə gətirmək üçün onlar cəbhədən çıxarılmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR