İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya SWIFT-i sanksiya siyahısına salınandan sonra idxalda problemlər yaranıb

Rusiya Bankı transsərhəd ödənişlərlə bağlı vəziyyətin daha da mürəkkəbləşdiyini qeydə alır.

Musavat.com xəbər verir ki, bunu Bankın rəhbəri Elvira Nabiullina Rusiya Bankının Maliyyə Konqresində jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu barədə idxalçılardan məlumat alırlar: “Son zamanlar transsərhəd ödənişlərlə bağlı vəziyyət daha da mürəkkəbləşib, ilk növbədə idxalçılar bu barədə danışır, biz bunu görürük”.

Nabiullina qeyd edib ki, biznes vəziyyətə uyğunlaşır və Mərkəzi Bank bu işdə onlara kömək edir.

Bundan əvvəl Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Vladimir Çistyuxin bildirmişdi ki, Bank xarici iqtisadi fəaliyyətlə bağlı məhsullar görə normal ödənişlər üçün kriptovalyuta da daxil olmaqla, mümkün qədər tez “hər şeyi sınaqdan keçirməyi” zəruri hesab edir.

2024-cü ilin iyununda Avropa İttifaqı Mərkəzi Bankın SWIFT formatında məlumat ötürə bilən, lakin onun kanallarından asılı olmayan Maliyyə Mesajlaşma Sisteminə (SPFS) qarşı sanksiyalar tətbiq edib. 2024-cü ilin mart ayında Rusiya Bankı 2023-cü ilin sonuna SPFS-də 20 ölkədən 556 iştirakçının olduğunu bildirən bir hesabat dərc etmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR