İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Şimali Kiprdə konsulluq AÇIR

Rusiyanın Kiprdəki səfirliyi tezliklə adanın şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi səfirliyin nümayəndəsinə istinadən məlumat yayıb.

"Biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq", - mənbə bildirib.

Səfirliyin nümayəndəsi qeyd edir ki, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. O, bir neçə ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın uzun illərdir ki, Şimali Kiprdə konsulluq məsələləri ilə məşğul olan öz diplomatik nümayəndəliklərinin olmasına diqqət çəkib.

Qeyd edək ki, Kiprin şimalında 50 mindən çox rus yaşayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR