İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Sakit okean donanmasının erməni komandanı istefa verib

Rusiya Sakit okean donanmasının komandanı admiral Sergey Avakyans vəzifəsini tərk edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya rezidenti Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev onun yeni vəzifəyə təyin olunacağını bəyan edib.

Erməni əsilli admiralının donanma hissələrinin döyüş hazırlığının qəfil yoxlanılmasından bir həftə keçməmiş istefa verməsi xüsusi diqqət çəkib. İstefanın əsl səbəbləri barədə məlumat verilmir. Avakyans 2012-ci ildən bəri Rusiyanın ən güclü dəniz birliklərindən biri sayılan Sakit okean donanmasına komandanlıq edirdi.

Rusiya mediasının məlumatına əsasən, Avakyans hərbi idman hazırlığı və vətənpərvərlik tərbiyəsi mərkəzlərinə nəzarət edəcək qurumun başına gətirilir. Bu mərkəzlər qondarma “DXR” (Ukraynanın Donetsk vilayətinin rusca rəsmi adı) daxil olmaqla 12 regionda yaradılacaq.

Aprelin 14-də müdafiə naziri Sergey Şoyqu Sakit okean donanmasının bölmələrinin qəfil təftişini elan edib. Yoxlama zamanı 25 min hərbçinin iştirakı ilə şərti düşmənin Saxalin və Kuril adalarına mümkün çıxışını dəf etmək üçün təlimlər keçirilib.

Sakit okean donanmasının bölmələri Ukraynadakı müharibədə fəal iştirak edir. Donanmanın 155-ci briqadasının dəniz piyadaları Donetsk vilayətinin Uqledar yaxınlığındakı döyüşlərdə ağır itkilər veriblər. Briqadanın demək olar ki, tamamilə məhv edilməsi faktı QƏrb mediası tərəfindən dilə gətirilib. Müharibə tərəfdarı olan bir sıra rusiyalı bloggerlər belə briqadanın Uqledara (şəhəri almaq mümkün olmadı) düzgün plan olmadan hücuma keçməsinə görə komandanlığı tənqid ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR