İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya raket taktikasını dəyişir... - Ukraynanın əks-hücumunu gözləyir – Kamran Həsənli gündəmi təhlil edir

“Qış mövsümündən fərqli olaraq, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsində raket taktikasını dəyişib”. Bunu Yukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov mətbuata açıqlamasında bildirib.

Məlum olduğu kimi, xeyli müddətdir Rusiya Ukrayna şəhərlərini və infrastruktur obyektlərini əvvəlki qədər kütləvi raket zərbələrinə məruz qoymur. Yusov deyib ki, raket zərbələrinin azalması təkcə Rusiyanın raket potensialının tükənməsi, yaxud azalması ilə bağlı deyil. Hərbi kəşfiyyat nümayəndəsi deyib ki, Rusiya Ukraynanın əks-hücum əməliyyatına hazırlaşır və böyük ehtimalla öz raketlərini həmin əməliyyat zamanı Ukrayna Ordusunun logistikasını vurmaq üçün toplayır. Bununla da məqsəd əks-hücumun effektini azaltmaqdır.

Eyni zamanda, Yusovun dediyinə görə Rusiya artıq müharibədən əvvəlki raket potensialını bərpa edə bilmir və yaxın gələcəkdə də bunu edə bilməyəcək. Həmçinin, hazırkı durum Rusiyanın Ukraynanın dinc şəhərlərinə qarşı aylarla davam edən raket terrorunun fiaskoya uğradığını göstərir.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR