İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qırıcıları Nyu-Yorku BOMBALADI

Rusiya Aerokosmik Qüvvələrinin (VKS) aviasiyası Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində olan Nyu-York kəndinə bombalı hücum həyata keçirib

Bu barədə "Rus baharının hərbi müxbirləri" "Telegram" kanalı məlumat yayıb.

Mənbə bildirib ki, bu məntəqədə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə üç güclü partlayıcı aviasiya bombası atılıb.

Kəndin qeyri-adi adı onun tarixi ilə bağlıdır. Nyu-York qəsəbəsi II Yekaterina tərəfindən Rusiyaya dəvət edilən mennonitlər tərəfindən salınıb. Sonralar Novqorodskoye adlandırılıb, lakin 2021-ci ildə tarixi adı qəsəbəyə qaytarılıb.//Publika.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR