İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya pulunu ödədiyimiz silahları vermədi" - Səfəryan

Ermənistan Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın Rusiya silahlarını almaması və bunun müqabilində pul ödənilməsi barədə bəyanatını təsdiqləyib.
Armen Qriqoryan bir müddət əvvəl bəyan etmişdi ki, Ermənistanın yeni silah təchizatına ehtiyacı var, çünki ölkə Rusiyadan sifariş verdiyini və ödədiyini almayıb.

"Ermənistanın KTMT-dən çıxması müzakirə olunurdu, amma..."

“Həqiqətən də Ermənistana silah gəlməyib, bunun üçün ödənişlər edilib. Bununla bağlı iş alqı-satqı müqaviləsinin müddəaları əsasında aparılır. Mən buna heç nə əlavə edə bilmərəm” , - Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan parlamentdə jurnalistlərə deyib.

Səfəryan çatdırılmanın ləngiməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb, Müdafiə Nazirliyindən bu məsələyə aydınlıq gətirməyə çağırıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR