Onlayn ictimai-siyasi qəzet
Rəsmi Moskva Ermənistan hakimiyyətini xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən Ermənistanın da iştirakçısı olduğu “3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır.
"Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq", - deyə Rusiya xarici siyasət idarəsinin bəyanatında bildirilib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ