Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində hücum əməliyyatlarını davam etdirir.
Musavat.com xəbər verir ki, ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) bu barədə öz son hesabatında məlumat yayıb.
Rusiya mediasının məlumatına əsasən, rus hərbçiləri Stepnqorsk şəhərinin cənub kənarlarına qədər irəliləyiblər və Plavnoye kəndini ələ keçiriblər. Bu isə Zaporojye şəhəri üçün artan artilleriya təhlükəsi yaradır.
ISW analitikləri bildirirlər ki, Rusiya qoşunları artıq Primorskidən cəmi 7 km, Beselyankadan isə 11 km məsafədə yerləşirlər. Bu irəliləyişin məqsədi ön xətti gücləndirmək və Rusiya nəzarətində olan arxa bölgələri Ukrayna ordusunun zərbələrindən qorumaqdır.
Qeyd olunur ki, Gulyaypoli istiqamətində isə iyulun 27-nə olan məlumata əsasən, fəal döyüş əməliyyatları qeydə alınmayıb.
Ukrayna tərəfi hələlik bu irəliləyişlə bağlı rəsmi mövqe açıqlamayıb.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ