İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Sudjanın 2 kilometrliyində

Rusiya ordusu bu ilin avqustundan Ukrayanan ordusunun nəzarətində olan Kursk vilayətinin Sudja şəhərinin iki kilometrliyinə çatıblar.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı bütün ehtiyat qüvvələri mövqe tutmaq üçün Kursk vilayətinə dislokasiya ediblər.

Sudja şəhəri Kursk vilayətində, Sudja və Oleşnya çaylarının sahilində, vilayət paytaxtı Kurskdan 105 kilometr aralıda yerləşir. Sudjanı Ukrayna ilə doqquz kilometr məsafə ayırır. Şəhərin sahəsi 434 hektardır.

2020-ci il siyahıyaalınmasına görə, Sudjanın əhalisi 5127 nəfər (2010-cu ildə - 6036), milli tərkibində ruslar (96,1%), ukraynalılar (1,1%) və ermənilər də (0,4%) üstünlük təşkil edirdi. 2024-cü ilin yanvar ayına olan məlumata görə, şəhərdə 4941 nəfər yaşayırdı.

Sudjada həm də Qərbi Sibirdən çıxan və daha sonra Ukrayna boru kəmərləri ilə Avropaya ixrac olunan və Avropa qaz idxalının təxminən 3 faizini təşkil edən Rusiya qazı üçün ölçmə stansiyası yerləşir.

Снимок.JPG (42 KB)

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, avqustundan dekabradək Kursk vilayətində Ukrayna ordusunun 42 mindən çox canlı qüvvə itirib.

"Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna 262 tank, 203 piyada döyüş maşını, 142 zirehli transportyor, 1349 zirehli döyüş maşını, 1231 avtomobil, 336 reaktiv yaylım atəşi qurğusu, 42 raket buraxılış sistemi sistemləri, o cümlədən 11 HIMARS və 6 MLRS, 13 zenit-raket komplekslərinin buraxılış qurğuları, 83 Radioelektron mübarizə stansiyası, 13 əks batareya radarı, 4 hava hücumundan müdafiə radarı itirib" deyə,- Rusiya Müdafiə Nazirliyinin son məlumatında qeyd edilib.

"Kursk vilayətində keçirilən hərbi əməliyyatlar dövründə Rusiya qoşunlarının 20 mindən çox hərbçisi həlak olub və yaralanıb".Ukrayna KİV-ləri xəbər verir ki, bunu isə bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski deyib.“Əməliyyatın təxminən üç ayı ərzində, 5 noyabr 2024-cü il tarixinə qədər Kursk istiqamətində düşmənin şəxsi itkiləri 20.842 nəfər təşkil edib. Onlardan 7.905-i məhv edilib, 12.220-si yaralanıb, 717-si əsir götürülüb”, - Sırski vurğulayıb.

Bundan başqa, Rusiya ordusunun 1101 ədəd silah və hərbi texnikası məhv edilib.

Sırski qeyd edib ki, Rusiya Kursk vilayətində 45 min hərbi qulluqçu cəmləşdirib və onların sayını artırmağa çalışır. “Rusiyanın öz qoşunları bu istiqamət üçün kifayət deyil, ona görə də onlar Şimali Koreyadan hərbi personal cəlb etməyə çalışırlar”, - Ali Baş Komandan bildirib.
O həmçinin xatırladıb ki, ruslar Ukraynanın şimalındakı Sumı vilayətində daha çox ərazi ələ keçirmək istəyirlər. Amma Ukrayna ordusu qabaqlayıcı addım atıb və öz ərazisində düşməni məhv etməkdə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR