İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya oliqarxlarının “qızıl pasportları” ilə bağlı İLGİNC FAKTLAR

Rusiya oliqarxları Dominikanın “qızıl pasportları” ilə Qərb sanksiyalarından yan keçirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə müstəqil jurnalistlər tərəfindən qurulan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (OCCRP) hesabatında deyilir.

Təşkilat Dominikan Respublikasının “Qızıl pasport” sahiblərinin kim olduğunu da müəyyənləşdirib.

Qeyd edək ki, Dominikan pasportu ilə hər kəs AB daxil olmaqla, təxminən 140 ölkəyə səyahət edə bilər. “Qızıl pasportları” ilkin olaraq milyarderlər Qod Nisanov (Çerkizovun keçmiş sahibi), Zarax İliyev, Ömər Murtuzəliyev, Rotenberqin ortağı Vasili Anisimov və “Evraz”ın səhmdarı Aleksandr Abramov alıb. Murtuzəliyevdən başqa onların hamısı beynəlxalq sanksiyalar altındadır. Layihə hesab edir ki, Dominikan vətəndaşlığı milyarderlərə Rusiya vətəndaşı olduğunu gizlətmək və adlarını dəyişməklə bank çeklərindən və digər məhdudiyyətlərdən yan keçməyə kömək edir.

Bunda başqa, Dominikan pasportlarını Rusiya Federasiyasında haqqında cinayət işi açılmış şəxslər də alıb. Onların arasında milyardlarla rubl dəyərində əmanətçilərin pullarını oğurlamaqda təqsirləndirilən “Antalbank”ın keçmiş rəhbəri Mixail Yançuk və “BestWay”, “Life is Good”, “Hermes” maliyyə piramidalarının yaradıcısı Roman Vasilenko da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR