İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nəşrləri ermənilərin sərhəd aksiyalarını qızışdırır

Ermənistanın şimal-şərqindəki Tavuş vilayətindəki dörd kəndin Azərbaycana qaytarılması haqda qərara erməni revanşistlərin etirazları davam edir. Ermənilərin özbaşınalığı, çadırlar quraraq sərhəd yollarını bağlamaqları Rusiya mediasının da diqqət etdiyi mövzulardan biridir. “Kommersant” nəşri son olaraq qısa yazı ilə oxucuları ilə erməni “müqaviməti” əks olunan fotoları bölüşüb.

“Vzqlyad” nəşri isə qızışdırıcı mövqe tutub, Paşinyan hökumətini zəiflikdə ittiham edib, ermənilərin isə guya haqlı müqavimət göstərdiyini iddia etməyə çalışıb. “ Erirazlar erməni sərhədçilərin ərazini ölçməyə, ətraf əraziləri minalardan təmizləməyə və sərhəd dirəklərini ucaltdıqdan sonra başlayıb.

WhatsApp Image 2024-04-28 at 08.28.09 (1).jpeg (142 KB)

Aprelin 26-da yerli sakinlər ərazini ölçməyə hazırlaşan kartoqrafların işinə mane olublar. Bəzilərinin Azərbaycan zonasında həyəti, bəzilərinin tövləsi var idi. Məlum olub ki, məsələn, VI-VII əsrlərə aid Müqəddəs Allah Anasının Voskepar kilsəsi Azərbaycan ərazisinə keçə bilər ki, bu da həm yerli sakinlərin, həm də Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın kəskin reaksiyasına səbəb olub. Arxiyepiskop Voskepara gəlib və minalardan təmizlənmiş ərazini mühasirəyə alan polislərdən onu və dindarlardan ibarət heyəti kilsəyə buraxmağı tələb etdi. Nəticədə arxiyepiskop Baqrat Qalstanyan “etirazın simalarından” biri və onun qeyri-rəsmi lideri olub.

WhatsApp Image 2024-04-28 at 08.28.09 (2).jpeg (164 KB)

Erməni kilsəsinin katolikosu II Qaragin isə Ermənistan hakimiyyətinə “cəsarətlə qorxaqlığı qarışdırmamaq” tövsiyəsi verib. Erməni kilsəsinin cəmiyyətdəki çəkisini nəzərə alsaq, bu, mühüm amildir. Katolikosun “cəsarətlə qorxaqlığı qarışdırmamaq lazımdır” ifadəsi sadəcə bir ilahiyyatçının ifadəsi deyil. Bu, birbaşa Nikol Paşinyan və onun əlaltılarına torpaqların verilməsi ilə bağlı etirazdır ” deyə, Rusiya nəşri yazır.

Bildirilir ki, təkcə Tavuş və ona yaxın ərazilər də deyil Ermənistanın müxtəlif rayonlarında da kortəbii yolların bağlanması baş verib.

WhatsApp Image 2024-04-28 at 08.28.09 (3).jpeg (106 KB)

“Amma İrəvanın mərkəzi küçələrini bağlamaq cəhdləri də olub ki, polis bu aksiyaların qarşısını dərhal alıb. Ermənistandan Gürcüstana, oradan isə Rusiyaya gedən strateji marşrutda- Kirants kəndindəki yeganə körpüdə ciddi etiraz aksiyası təşkil olunub. Bu körpünün statusu hələ də bəlli deyil. Ehtimallara görə, ərazilər verildikdən sonra onu erməni qoşunları qorumalı olacaq. Aprelin 27-nə keçən gecə Kirantsda keçirilən piketdə hərbi geyimdə onlarla insan görünüb. Bu, “hərbi hissələrin onların tərəfinə keçdiyi” rəyi yaradıb və etirazçıları ruhlandırıb. Məlum olub ki, bunlar Voskeparla qonşu olan hərbi hissənin 16 zabiti olub, nə baş verdiyini öyrənmək məqsədi ilə silahsız piketə gəliblər. Onlar sonra hərbi hissəyə qayıdıblar. Onların barələrində cinayət işi açıldığı barədə məlumatlar var. Hökumətə yaxın Teleqram kanalları Kirantsdakı piketə gələn zabitlərdən birinin üzrxahlıq videosunu yayımlayıb” - “Vzqlyad” yazır.

Rusiya nəşri bu etirazların müharibə ilə nəticələnə biləcəyi ehtimalı haqda bunları yazır:

WhatsApp Image 2024-04-28 at 08.28.09 (4).jpeg (112 KB)

“Paşinyan deyir ki, kəndləri Azərbaycana qaytarılmasına qarşı çıxanlar Ermənistanı yeni müharibəyə sürükləmək istəyirlər, çünki Bakı öz tələblərində qətiyyətlidir və sona qədər gedəcək Ermənistan bu müharibədən sağ çıxa bilməyəcək və sərhədlərin dinc delimitasiyası nəticəsində daha çox ərazi itirəcək. Paşinyan özü də Tavuşdan çox da uzaq olmayan İcevanlıdır. O, əyalətdəki ermənilərin düşüncə tərzini çox yaxşı bilir. O, tarixi yaddaş, ata-baba torpağı naminə həyatını riskə atmağa hazır olan erməni döyüşçüsünə müraciət etmir. O, ölkədə son onilliklər ərzində formalaşmış orta səviyyəli tacir təbəqəsinə müraciət edir.

Bu o deməkdir ki, indiki küçə etirazlarının Ermənistanda hakimiyyətin devrilməsi və ya çevrilişlə nəticələnəcəyi ehtimalı azdır. Yalnız hadisələrin daha fəlakətli inkişafı cəmiyyətdə anti-Paşinyan üsyanını oyada bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR