İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nəhənginin qaz satışı kəskin AZALDI

Bu ilin birinci yarısında Rusiyanın “Qazprom” şirkəti qaz hasilatını 25 faiz azaldıb.

Musavat.com şirkətin hesabatına istinadən xəbər ki, 6 ayda hasilat 179,45 milyard kubmetrə bərabər olub. Ötən ilin eyni dövründə hasilat 238,46 milyard kubmetr təşkil etmişdi.

“Qazprom” bildirir ki, hasilatın azalması “bir sıra ölkələrdə Rusiya qazının idxalından imtinaya yönəlmiş siyasi motivli qərarların qəbulu” ilə bağlıdır.

İlin birinci yarısında “Qazprom”un neft və qaz kondensatı hasilatı isə 8,8 faiz artaraq 36,31 milyon tona çatıb.

Birinci yarımildə şirkətin Rusiya daxilindəki qaz nəqli sisteminə qazın tədarükü 12 faiz azalaraq 286,7 milyard kubmetr təşkil edib. 2022-ci ilin eyni dövründə bu, 328,8 mlrd. kubmetr olmuşdu.

2023-cü ilin birinci yarısında “Qazprom”un daxili və xarici bazarlara qaz satışı 26,5 faiz azalaraq 166 milyard kubmetr təşkil edib. 2022-ci ilin eyni dövründə bu göstərici 225,7 milyard kubmetr olmuşdu. Bu zaman Çin tərəfinin tələbi ilə 2023-cü ilin birinci yarısında Çinə boru kəməri qazı tədarükü müqavilə öhdəliklərini müntəzəm olaraq üstələyib. Qaza olan daxili tələbat isə “müalyim iqlim şərtlərinə görə” azalıb.
2023-cü ilin altı ayı ərzində “Qazprom” yeraltı qaz anbarlarına 18,7 milyard kubmetr qaz vurub(ötən il 23,8 mlrd. kubmetr), onlardan 21,6 mlrd.kub metr(ötən il 21,3 mlrd.kubmetr) qaz götürüb. Şirkət 2023/2024 istilik mövsümünə qədər 72,842 milyard kubmetr qaz ehtiyatı yaratmağı planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR