Onlayn ictimai-siyasi qəzet
Arxiyepiskop Mikael Acapaxyanın hazırda Eçmiədzində olduğu bildirilib.
Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Tamara Yayloyan "SputnikARM"-ə məlumat verib.
Vəkilin sözlərinə görə, bu gün Eçmiədzində kilsə ruhanilərinin iclası keçirilməsi planlaşdırılıb.
Tamara Yayloyan həmçinin qeyd edib ki, onu Şirak yeparxiyasının rəhbərinin iqamətgahına buraxmayıblar. Hazırda binada axtarış və istintaq tədbirləri davam edir. Hüquq-mühafizə orqanları vəkilə yalnız istintaq başa çatdıqdan sonra içəri daxil olmağa icazə veriləcəyini bildiriblər.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ