Onlayn ictimai-siyasi qəzet
İstanbulda təcavüzə uğrayaraq hamilə qalan18 yaşlı Oya Budak keçmiş nişanlısı Səməd T. tərəfindən silahla vurularaq qətlə yetirilib.
Musavat.com xəbər verir ki, beş aylıq hamilə olan gənc qız hadisə yerindən xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq bətnindəki körpəsi ilə birlikdə həyatını itirib.
Hadisə Kocataş məhəlləsində baş verib. Səməd T. gənc qızı görüşə çağırıb. Görüşə ögey qardaşı 13 yaşlı D.C. ilə gələn Oya ilə Səməd T aralarında mübahisə yaranıb. Bu zaman Səməd silahı çıxararaq qızı sinəsindən vurub. Qətli törətdikdən sonra avtomobillə qaçan Səməd T. Sarıyer polisi tərəfindən saxlanılıb.
Qeyd edək ki, Oya Budak 6 ay əvvəl bir şəxsin cinsi istismarına məruz uğramış və bu hadisədən sonra hamilə qalmışdı. Bu səbəbdən Səməd T. onunla nişanı pozmuşdu.
Oyaya təcavüz edən şəxs artıq həbs olunub.
Cinayət hadisəsi ilə bağlı ətraflı araşdırmalar başlayıb.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ