İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neftinin 95 faizini “dost” ölkələrə satır - Novak  

2024-cü ilin dörd ayı ərzində Rusiyanın neft ixracının 95 faizi dost ölkələrə reallaşıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlayıb. Onun sözlərinə görə, dost ölkələrə satılan neft üzrə ödənişlərin təqribən 70 faizi milli valyutalarla təmin edilir.

Novak qeyd edib ki, Rusiya neft şirkətləri öz məhsullarını endirimlər nəzərə alınmaqla bazar qiymətləri ilə satırlar. Lakin onun sözlərinə görə, indi endirimlər “artıq kifayət qədər azalıb”: “Əslində, bu, alıcılar üçün yükdaşıma “plus” kiçik bir mükafatdır”.

Novak bildirib ki, 2024-cü ildə Rusiyada neft hasilatı təxminən 515 milyon ton olacaq: “Düşünürəm ki, hasilat 505 milyon tondan 515 milyon tona qədər, mənə elə gəlir ki, 515 milyon tona yaxın olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR