İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyinin yalanı

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı Xankəndi-Gorus yolunda hərəkətin bərpası üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında iddia olunur.

Rusiya MN-nin saytında iddia olunur ki, dekabrın 12-də Azərbaycan tərəfi Xankəndi-Gorus avtomobil yolunu kəsib. “Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan nümayəndələri ilə Stepanakert-Qoris (Xankəndi-Gorus-red.) yolu ilə mülki avtomobillərin maneəsiz hərəkətini bərpa etmək üçün danışıqlar aparır”, - Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan bülletendə deyilir.

Əlavə olunur ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.

Bizim şərh: Bu yerdə qeyd edək ki, Azərbaycan rəsmi qaydada Laçın yolunun Rusiya sülhməramlı kontingenti tərəfindən bağlandığını bəyan edib və bunu sübut edən foto, videogörüntülər də yayılıb. Həmçinin rəsmi Bakı Qarabağ ermənilərinə humanitar yardım göstərməyə hazır olduğunu bəyanlayıb.

Rusiya sülhməramlılarının yolun açılması ilə bağlı danışıq aparmasını təsdiqləyən heç bir məlumat yoxdur, əksinə, neçə gündür komandan A.Volkov yoxa çıxıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR