İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyindən SON DƏQİQƏ sülhməramlı açıqlaması: Cəmi 18 məntəqə... - Polkovniklə CANLI

Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirir. Musavat.com xəbər verir ki, bu barədə Rusiya MN-in günlük bülletenində bildirilib.

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin “məsuliyyət daşıdığı ərazidə” atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Bəzi məlumatlara görə, bir sıra Qərb ölkələri və strukturları Nikol Paşinyandan daxili işlər naziri Vahe Qazaryanı “rus casusu” hesab edərək, vəzifəsindən azad etməyi tələb edirlər. Ermənistan mətbuatı məlumat yayıb.
Məsələ burasındadır ki, son aylarda Ermənistan hökumətinin yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Rəsmi dairələrdəki mənbələr bildiriblər ki, Paşinyan Qərbin bu tələbinə qarşı müqavimət göstərir. Çünki Vahe Qazaryan onun sinif yoldaşıdır və onun etibarından bəhrələnir.
TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR