İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya miqrant ovuna BAŞLADI - ŞOK GÖRÜNTÜLƏR - azərbaycanlılar QAÇIR...

Xəbər verdiyimiz kimi, Rusiyada daxili işlər orqanlarına fevralın 5-dən etibarən ölkə ərazisində qeyri-leqal yaşayan miqrantları məhkəmə qərarı olmadan deportasiya etmək imkanı verən qanun qüvvəyə minib.

Musavat.com xəbər verir ki, miqrantların deportasiya edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Xüsusilə Moskva və digər iri şəhərlərdə bazar yerləri, ticarət mərkəzləri və işçi sektorlarında çalışan xarici vətəndaşlar kütləvi yoxlamalara məruz qalır. Bu yoxlamalar çərçivəsində yüzlərlə miqrantın saxlanıldığı və deportasiya proseslərinin başladıldığı bildirilir. Deportasiya edilənlər arasında azərbaycanlılar da var.

Məlumata görə, Rusiyanın paytaxtı Moskvada yerləşən "Prince Plaza" ticarət mərkəzində miqrantlara qarşı genişmiqyaslı reyd keçirilib. Təqdim etdiyimiz bu görüntülərdə qaçanların əsasən miqrantlar, onların ardınca hərəkət edənlərin isə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu iddia edilir. Məlum olduğu kimi, hazırda Rusiyada miqrantlara qarşı ciddi təzyiqlər davam edir. Xüsusilə sənədsiz və qeydiyyatsız yaşayan miqrantlar saxlanılaraq ölkədən deportasiya edilir. Bildirilir ki, "Prince Plaza" ticarət mərkəzində təxminən 300 miqrant saxlanılıb və onların əsasən Tacikistan əsilli olduğu bildirilir.

Miqrantlarla bağlı yayılan görüntülər və polisin müdaxiləsi panikaya da səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi miqrantların polisdən qaçaraq ticarət mərkəzlərinin içərisində və ya bazar ərazilərində gizləndikləri görünür. İnsanların polis nəzarətindən yayınmaq üçün müxtəlif üsullara əl atdığı müşahidə edilir.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR