İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mətbuatı Seçindən əl çəkmir - onun maaşı “Microsoft”un direktorundan belə çoxmuş

Xəbər verdiyimiz kimi rusiyalı müxalifətçi Aleksey Navalnının komandası “Rosneft” şirkətinin baş direktoru İqor Seçinin gəlirləri haqqında yeni araşdırma dərc edib.

Bilindiyi üzrə, İqor Seçin öz pullarını “Terentyev” adı altında qazanırmış.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya mediası onun illik maaşı ilə bağlı başqa heyrətamiz faktlar əldə ediblər.

Belə ki, Seçinin gəliri 2020-ci ildəki məzənnə ilə dollara çevrilsə, məbləğ 46 milyon dollar olacaqdı. Belə bir illik gəlir Seçinə 2020-ci ildə ABŞ-ın 100 top-menecerinin reytinqində 17-ci yeri tutmağa imkan verərdi.

Qeyd edək ki, belə bir reytinq cədvəli hər il “Equilar” konsaltinq şirkəti tərəfindən “The New York Times” qəzeti üçün dərc olunur.

Seçinin 2020-ci ildəki gəliri “Microsoft”un baş direktoru Satya Nadella (44,3 milyon dollar), Netflix-in qurucusu və baş direktoru Rid Hastinq (43,2 milyon dollar), Warner Bros. Discovery şirkətinin rəhbəri David Zaslav (37,7 milyon dollar), eBay baş direktoru Ceymi İannone (34,8 milyon dollar) və Visa Inc. şirkətinn baş drektoru Alfred Frensis Kellidən (26,3 milyon dollar) də çoxmuş.

Seçinin 2022-ci ildəki gəlirinin 2020-ci ildəki ilə eyni olduğunu fərz etsək, o zaman “Rosneft” rəhbəri 48,5 milyon dollar təşkil edir.(2022-ci ilin orta məzənnəsi nəzərə alınmaqla). Belə gəlir onu “Equilar” tərəfindən tərtib olunan reytinq cədvəlidə 18-ci sırada olmasına imkan verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR