İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mənbələri indi də Aleksandr Sırskini “öldürürlər”

Rusiya mənbələri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin öldürüldüyünə dair məlumat yaymağa başlayıb.

Musavat.com-un məlumatına görə, “Hərbi biznes” Telegram kanalı öz mənbələrinə istinadən iddia edir ki, Sırski Ukraynanın Poltava vilayətində vurulan komanda məntəqələrindən birində ola bilərdi.

Rusiya Müdafiə Nazirliyindən bu məsələ ilə bağlı rəsmi şərh verilməyib.

Kanal Dnepropetrovsk vilayətində silsilə partlayışlar barədə də məlumat yayıb. Bölgədə Ukrayna hərbi məntəqəsi və xarici silahların məhv edildiyi iddia olunur.

Xatırladaq ki, ötən ilin aprel-may aylarında Rusiya təbliğat orqanları Ukraynanın o zamankı Ali Baş Komandanı Valeri Zalujnının da öldürüldüyünə, daha sonra isə başından ölümcül yaralandığına dair məlumat yaymışdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR