İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məmurlarının övladları belə dincəlir

Rusiya təhlükəsizlik qüvvələrinin sanksiyalara məruz qalmayan övladları müharibə zamanı xaricdə istirahət edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “The Insider” saytı məlumat yayıb.

Jurnalistlər Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin qızı Veronikanın Türkiyə, İtaliya, Yunanıstan və digər Aİ ölkələrindəki kurortlarda çəkdiyi şəkilləri tapıblar.

Rusiya Federasiya Şurasının üzvü, senator Vladimir Cabarovun (erməni əsillidir - red.) oğlu Aleksandr ABŞ-a səfərindən fotoları dərc edib, müharibə zamanında isə Norveç, İsveç, Türkiyə və Dubayda olub. Bundan başqa, Federasiya Şurasının spikeri Yuliya Matvienkonun gəlini İtaliya, Kamboca və Türkiyədəki ailəvi villada istirahət edib, Yeni il tətilini isə Maldiv adalarında keçirib.

Dövlət Dumasının vitse-spikeri Aleksandr Jukovun gəlini isə Yunanıstanın Mikonos adasında və Balinin çimərlik kurortlarında istirahət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR