İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Lvovu VURDU - İkisi uşaq olmaqla 17 nəfər...

Rusiya Silahlı Qüvvələri sentyabrın 4-ü səhər saatlarında Ukraynaya növbəti raket və PUA hücumu həyata keçirib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, hədəflər arasında Lvov şəhəri də olub.

Şəhər meri Andrey Sadovoyun sözlərinə görə, hücum nəticəsində stansiya ərazisində yaşayış binaları yanıb. Şəhərdə elektrik enerjisi kəsilib. Bu səbəbdən qatarların hərəkətində gecikmə yaranıb.

Qeyd olunub ki, hücum zamanı 17 nəfər yaralanıb. Onların arasında 10 və 15 yaşlı iki uşaq da var. 5 xəstənin vəziyyəti ağır qiymətləndirilir.

UNİAN-ın məlumatına görə, saat 02:00 radələrində hərbçilər beş “Tu-95MS” strateji bombardmançısının havaya qalxması ilə bağlı xəbərdarlıq edib. Daha sonra Krivoy Roq və Lvovda partlayışlar baş verib. Bundan əlavə, ruslar Odessa vilayətinə də hücum edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR