İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya korrupsiyanın səviyyəsinə görə liderlər arasındadır

Transparency International beynəlxalq qeyri-hökumət təşkilatı korrupsiyanın səviyyəsinə görə yeni siyahı açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qurumun indeksində Rusiya 180 ölkə arasında 137-ci yerdə qərarlaşıb.

Korrupsiya Qavrama İndeksi müxtəlif ölkələrdə dövlət sektorunda korrupsiyaya dair təsəvvürlərin səviyyəsini ölçən sistem sayılır.

Rusiya, Mali Respublikası (Afrika) və Paraqvayla (Cənubi Amerika) kimi ölkələrlə bilrikdə 28 xal toplayıb. Tədqiqatda qeyd olunur ki, 28 vahidlik indeks dəyəri korrupsiyanın çox yüksək səviyyədə olduğunu xarakterizə edir.

"Ölkələrin İQİ üzrə nəticələrinin ildən-ilə düzgün müqayisə edilir. Son illər ərzində Rusiyanın göstəricilərində demək olar ki dəyişiklik qeydə alınmayıb. Bu, Rusiyada korrupsiya ilə mübarizə sahəsində yaxşılığa doğru sistemli dəyişikliklərin olmadığını göstərir", - hesabatda bildirilir.

Reytinq cədvəlinə 90 xalla Danimarka başçılıq edir. İkinci yeri Yeni Zelandiya və Finlandiya bölüşdürüb (87 xal). Ən pis göstəricilər isə Somali (12 bal), Cənubi Sudan (13 bal) və Suriyaya (13 bal) məxsusdur.

Bu ölkələr ardıcıl üçüncü ildir ki, reytinqdə sonuncu yerləri tuturlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR