İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyevə dron zərbələri endirdi: aralarında 5 yaşlı uşaq olmaqla 3 nəfər həlak oldu

Ukraynanın paytaxtı Kiyev gecə saatlarında Rusiya ordusunun kamikadze dronlarla həyata keçirdiyi hava hücumuna məruz qalıb.

Musavat.com biıdirir ki, şəhərdə hava hücumu siqnalı verilib, hava hücumundan müdafiə sistemləri işə düşüb, bir neçə güclü partlayış səslənib.

Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti (DSNS) hücum nəticəsində 3 nəfərin həlak olduğunu və şəhərin müxtəlif bölgələrində yanğınların baş verdiyini bildirib. Həlak olanlardan biri 5 yaşlı uşaqdır.

Dneprovski rayonunda doqquzmərtəbəli yaşayış binasının yuxarı mərtəbələrində və damında 100 kvadratmetr sahədə baş vermiş yanğın söndürülüb. Hadisə nəticəsində bir qadın həyatını itirib, binadan 27 nəfər təxliyə olunub.

Qoloseyevski rayonunda isə 4 mərtəbəli ofis-anbar binasında 2000 kvadratmetr ərazidə yanğın hələ də söndürülməyə çalışılır. Burada yerləşən yaşayış konteyneri və yük maşınları da zərər görüb. Bu rayonda da bir nəfər həyatını itirib.

Kiyev meri Vitali Kliçko hücum nəticəsində azı yeddi nəfərin yaralandığını, onlardan birinin xəstəxanaya yerləşdirildiyini bildirib. Kiyev vilayət administrasiyası isə Buça rayonunda dron zərbəsi nəticəsində iki nəfərin yaralandığını açıqlayıb.

Hücum zamanı Dneprovski, Podolski, Qoloseyevski, Desnyanski və Şevçenkovski rayonlarında çoxsaylı yanğınlar qeydə alınıb.

Rusiya tərəfi hələlik hücumla bağlı rəsmi açıqlama yaymayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

24 Mart 2025

BÜTÜN XƏBƏRLƏR