İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ixracının 42 faizinin dəyəri rublla ödənir

Rusiya Mərkəzi Bankı rublun dəyərsizləşməsində əsas rolu ölkəyə daxil olan xarici valyutanın azalmasında görür.

Bu barədə Bankın rəhbəri Elvira Nabiulina uçot dərəcəsinə dair qərarı açıqlayan zaman danışıb. Onun sözlərinə görə, əsas ticarət tərəfdaşları ilə razılaşmalardan sonra Rusiya ixracının 42 faizinin dəyəri rublla ödənir. Bu isə daxil olan xarici valyutanın həcminin azalması ilə müşayiət olunur: “İxrac gəlirlərinin xarici valyutada olan hissəsi azalır, 42 faizi artıq rublla daxil olur. Eyni zamanda şirkətlər geri qaytarılan valyuta gəlirlərinin təxminən 90 faizini satmaqda davam edir”.

Nabiulinanın sözlərinə görə, ixrac gəlirlərinin əhəmiyyətli hissəsi artıq rublladır: “Gəlirlərin valyuta hissəsi, sadəcə olaraq, azalır. İxracatçılarımıza nəzər salsanız, bizim xarici valyuta gəlirlərini xaricdə hesablarında saxlayan rezidentlərin hesablarındakı həcmlər demək olar ki, dəyişməyib - valyuta məhdudiyyətləri var idi, yox idi - ixrac valyuta gəlirlərinin ümumi həcminin 1 faizindən azını təşkil edir, yəni biz bunu etmirik. Şirkətlərin qaytarılan valyuta gəlirlərinin təxminən 90 faizi satılır və satılmağa davam edir”.

Nabiullina həmçinin qeyd edib ki, Rusiya rəhbərliyi valyuta gəlirlərinin repatriasiyasının qaytarılmasını müzakirə edir, lakin Mərkəzi Bank bunun rublun məzənnəsinə böyük təsir göstərəcəyinə inanmır.

Qeyd edək ki, fevral ayında Rusiya Prezidenti Vladimir Putin fərmanla ixracatçılara xarici valyuta gəlirlərini onun məcburi satışından yan keçərək müvəkkil banklardakı tədarükçülərin hesablarına köçürməyə icazə verib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR