İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “İsgəndər-M” raketləri ilə Ukraynanın mobil PUA stansiyasını vurdu – ANBAAN GÖRÜNTÜLƏR

Rusiya Müdafiə Nazirliyi Ukraynada strateji hədəfə zərbə endirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, "RİA Novosti" tərəfindən yayımlanan videomateriallara əsasən, “İsgəndər-M” operativ-taktiki raket kompleksi ilə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) üçün nəzərdə tutulan mobil buraxılış stansiyalarına zərbə endirilib.

Zərbə Sumı vilayətinin Krılevets yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, zərbə hədəfləri tam dəqiqliklə məhv edib.

Yayımlanan görüntülərdə yüksəkdən çəkilmiş kadrlarla Ukraynanın sahəvi mövqelərində artıcıl partlayışlar müşahidə olunur. Hədəfin koordinatları müəyyənləşdirildikdən sonra “İsgəndər-M” raketləri ilə endirilən zərbə nəticəsində ərazidə çoxsaylı ziyanvuran partlayış dalğaları yaranır və texnika məhv edilir.

Musavat.com belə bir qeydi zəruri sayır: Son aylarda Rusiya-Ukrayna müharibəsində PUA-ların (dronların) rolu daha da artıb. Xüsusilə Ukrayna tərəfinin uzaqmənzilli kamikadze dron hücumları və kəşfiyyat imkanlarını genişləndirməsi fonunda, Rusiya bu sistemləri hədəf alaraq arxa cəbhəni zəiflətmək strategiyası həyata keçirir.

Rusiya tərəfi iddia edir ki, zərbə nəticəsində Ukraynanın bölgədəki bir neçə mobil PUA idarəetmə və buraxılış qurğusu sıradan çıxarılıb. Ukrayna tərəfi hələlik bu hücumla bağlı rəsmi mövqe bildirməyib.

Musavat.com yayılan görüntüləri təqdim edir:

Yayılan kadrlarda raketin trayektoriyası, zərbə anı və partlayışların yaratdığı dağıntılar dəqiq şəkildə görünür. “İsgəndər-M” sisteminin hədəfi necə vurduğu müşahidə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR