İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya işğal etdiyi Ukrayna ərazisinin hər 90 metrinə görə 2 min əsgər itirir” - “The Times”

Rusiya işğal etdiyi Ukrayna ərazisinin hər 90 metrinə görə 2000-ə yaxın əsgər itirir.

Azpost.info xəbər verir ki, bu barədə “The Times” NATO kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Bu rəqəmlər Ukraynaya yeni silah tədarükünün qapalı müzakirəsi zamanı açıqlanıb.

ABŞ rəsmisi nəşrə bildirib ki, Rusiyanın quru qoşunları ciddi şəkildə zəifləyib və ruhdan düşüb.

“Rusiya döyüşə çoxlu sayda əlavə insan cəb etməyə davam edir. Onların əksəriyyəti zəif təlim keçmiş və zəif təchiz olunmuşdur. Bu səbəbdən biz onların çoxlu itki verdiyini görürük”, – ABŞ Müdafiə naziri Lloyd Ostin bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR