İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya ilə Ukrayna arasında barışıq imkanı yoxdur" - Ramzan Kadırov

"Ukrayna Prezidenti Vladimir Zelenski və yaxın ətrafının qərarları üzündən Moskva ilə Kiyev arasında hər hansı bir barışıq imkanı yoxdur. Belə imkanlar artıq əldən verilib".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında yazıb.

“Bu gün baş verənlər soyuqqanlılıqla öldürülmüş və şikəst olmuş uşaqlar, qadınlar, qocalar üçün cəzadır”, - o qeyd edib.

Kadırov vurğulayıb ki, bu gün Rusiyanın Ukraynaya qarşı raket hücumlarını pisləyən ölkələrin hakimiyyət orqanları səkkiz il ərzində minlərlə Donbass sakininin, o cümlədən uşaqların, qadınların və qocaların taleyinə əhəmiyyət vermir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR