İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə bağlı ŞOK HESABAT - Bu proses sürətləndirildi

Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin əvvəlindən rusiyalı məhbusların Ukraynada döyüşmək üçün cəlb edilməsi təşəbbüsünü gücləndirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı gündəlik dərc etdiyi hesabatda yer alıb.

Hesabatda bildirilib ki, təkcə aprel ayı ərzində 10 minə qədər məhbus qeydiyyata alınıb:

“2022-ci ilin yayından etibarən məhbuslar "Vaqner" qrupunun Ukraynadakı əməliyyatları üçün mühüm əsgər birliyi idi. Bununla belə, qrupun Rusiya cəza sisteminə çıxışı, çox güman ki, 2023-cü ilin fevralında kəsilib, çünki Müdafiə Nazirliyi ilə qrup arasında gərginlik açıq şəkildə artıb”.

Hesabatda deyilir ki, nazirliyin məhbusları müharibəyə cəlb etmək kampaniyası Rusiya ordusunun sayını artırmaq üçün daha geniş və intensiv səylərin bir hissəsidir.

645cae3a67b0a93b7ced63c4.jpg (110 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR