İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hökuməti dövlət şirkətlərində xalis mənfəətin 50%-ni müsadirə edir-Müharibə qanunları


Rusiya hakimiyyəti dövlət şirkətlərini artan dividentləri ödəməyə məcbur etmək, gübrə və kömür istehsalçılarından “birdəfəlik ödəmə” tələb etmək və qeyri-müdafiə xərclərini azaltmaq qərarına gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustinin ötən il dekabrın ortalarında imzaladığı sənəddə deyilir. Rəsmi olaraq belə bir sənəd hələ elan olunmayıb.

“Bloomberg”in məlumatına görə, bu tədbirlər Rusiyada “gəlir səfərbərliyi” adlanır. Belə ki, müsadirə olunan pulun bir hissəsi Ukraynadakı müharibənin xərclərinin ödənilməsinə yönəldiləcək, Gələn informasiyalara əsasən ödənişlərin məbləği ilə bağlı qərar hələ qəbul edilməyib.

Mənbələr bildirirlər ki, hakimiyyət “mümkünsə” dövlət şirkətləri üçün gəlirin 50%-dən çoxu həcmində dividentlər təyin etməyə çalışacaq. Agentlik qeyd edir ki, bu, daimi deyil, birdəfəlik tədbir kimi nəzərdə tutulub.

Sənəddə həmçinin Xerson vilayətindən yüz min insanın Rusiyaya köçürülməsi üçün əlavə 175 milyard rubl ayrılmasından da bəhs edilir.

Bundan əlavə, Mişustinin imzaladığı sənəddə müdafiə və təhlükəsizlik sahəsindən kənarda büdcə xərclərinin “optimallaşdırılması” zərurətindən bəhs edilir ki, bu da dövlət şirkətlərinin ən azı 150 milyard rubla qənaət etməli olduğu anlamına gəlir.

Rusiya hökuməti və Maliyyə Nazirliyi xəbərə şərh verməkdən imtina edib.

Bir çox ekspert Rusiyada Oktyabr inqilabından sonra ölkədə dəhşətli aclığa və milyonlarla insanın qırılmasına səbəb olan bədnam “ərzaq sapalağı” vergisini xatırlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR