Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbi kəşfiyyatı Avropada taktikasını dəyişib.
Musavat.com xəbər verir ki, bu barədə “Dossier” mərkəzi maraqlı məlumat yayıb.
“Əgər əvvəllər Baş Qərargahın Baş İdarəsinin (keçmiş QRU) zabitləri özləri ezamiyyətlərə gedirdilərsə, Petrov və Boşirovun Skripalı zəhərləməsi hadisəsindən sonra onların fəaliyyəti məhdudlaşdırılıb.
Kəşfiyyatçılar “qrup agentləri” vasitəsi ilə fəaliyyət göstərməyə başlayıblar. Onlar diversiya məqsədilə bilavasitə yerlərdə çox vaxt MDB ölkələrindən gələn kriminal aləmin ünsürlərindən yararlanırlar”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Almaniyada Ukrayna silahlı qüvvələrinin “legionerləri” artıq hədəfə çevrilib.
“İyun ayında Frankfurt-Maynda Ukrayna silahlı qüvvələrinin tərəfində döyüşən Gürcüstan Milli Legionunun keçmiş döyüşçüsü Mikael Xizanişvilinin ardınca gedən bir rus, ukraynalı və bir erməni həbs edilib. Saxlanılanlardan biri erməni “qanun oğru” Vardces İspiryandır.
İsrailin Qəzzaya hücumundan sonra Parisdə və onun ətraf ərazilərində “David ulduzları” şəklində yüzlərlə qraffiti peyda olub. Nasistlər yəhudilərin yaşadığı evləri bu şəkildə işarələyirdilər. Həmin rəsmlərin beş Moldova vətəndaşı tərəfindən çəkildiyi ortaya çıxıb və onlardan ikisi saxlanılıb. Təşkilatçı tapşırığı TikTok-da yazışmalar vasitəsilə aldığını bildirib. “Dosye” burada Rusiya kəşfiyyatının əli olmasından şübhələndiyini bildirir”, - məlumatda bildirilir.
Bu ilin mayın 3-də Berlində “Diehl” konserninin binası alovlanıb və yanğın 3 gün ərzində söndürülüb. Şirkət Ukraynanı IRIS-T hava hücumundan müdafiə sistemləri ilə təmin edirmiş. İddialara görə, bunu Rusiya kəşfiyyatı tərəfindən işə götürülmüş yerli cinayətkarlar həyata keçirib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ