Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Odessa limanında yerli əhalinin “Harri Potter qalası” adlandırdığı bina ötən gün Rusiyanın raket hücumuna məruz qalıb.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfərin öldüyü, 32 nəfərin yaralandığı açıqlanıb.
Ukrayna mətbuatının məlumatına görə, hücum zamanı binada keçmiş deputat Sergey Kivalov da olub.
Belə ki, binada Kivalovun rəhbərlik etdiyi “Odessa Hüquq Akademiyası” yerləşir.
Məlumata görə, sabiq deputat budundan qəlpə yarası alıb. O, venoz qanaxma ilə yerli xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, məşhur ukraynalı siyasətçi Sergey Kivalov hazırda “Odessa Hüquq Akademiyası”na rəhbərlik edir və keçmişdə rus dilinin qorunması haqqında qanunun həmmüəllifi olub. O, narıncı inqilab zamanı Ukrayna Mərkəzi Seçki Komissiyasına rəhbərlik edib.
Sergey Kivalov
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ