İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya gəmisində baş vermiş yanğının arxasında Ukrayna dayanır - İDDİA

Ukrayna hərbi kəşfiyyatı Baltik dənizində Rusiya donanmasının raket daşıyıcısına hücumun məsuliyyətini üzərinə götürüb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” bildirib.

Nəşrin məlumatına görə, əməliyyatla tanış olan məmur bildirib ki, əməliyyat Kiyevin cəbhə xəttindən uzaqda Kreml qüvvələrinə zərbə endirmək səylərini vurğulayır.

Beləliklə, bu hücum Ukrayna qoşunlarının Rusiyanın Kalininqrad ərazisinə ilk hücumu olub.

Adının açıqlanmasını istəməyən rəsmi açıqlayıb ki, hücumu Ukrayna agentləri həyata keçirib. Lakin nə Rusiya hərbçiləri, nə də Kreml rəsmiləri bu hadisəyə diqqət çəkməyiblər.

Nəşr yazıb ki, Rusiya gəmisi Polşa sərhədindən 20 kilometr aralıda yerləşən Kalininqrad vilayətinin Baltiysk şəhərindəki hərbi dəniz bazasına yan almışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR