Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukraynaya qarşı gecə saatlarında həyata keçirdiyi hava hücumları nəticəsində bir neçə bölgə ciddi zərər görüb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, əsas zərbə istiqaməti Xmelnitski vilayətində yerləşən Starokonstantinov şəhəri olub. Rusiya ordusu bu əraziyə həm raketlərlə, həm də kamikadze tipli pilotsuz uçuş aparatları ilə hücum edib.
Bundan əlavə, paytaxt Kiyev də atəşə tutulub. Hücum nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların vəziyyəti barədə rəsmi açıqlama verilməyib, lakin onların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Ukrayna Hərbi Hava Qüvvələri bəyan edib ki, bir neçə raket və dron zərərsizləşdirilsə də, bəziləri hədəfə çatıb. Hücumun miqyası və dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ