İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mayın 1-də Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna təşrif buyuran bir sıra ölkələrin rəsmliləri ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq məsələləri müzakirə edilir.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Forum çərçivəsində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Qonağı salamlayan nazir Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini bildirib. Qeyd olunub ki, ölkəmiz Rusiya ilə mədəni əməkdaşlığa xüsusi diqqət yetirir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Forumda iştirakından məmnunluğunu bildirib, müzakirə edilən mövzuların aktuallığına diqqəti çəkib.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Rusiyanın iştirakının əhəmiyyəti qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR