Onlayn ictimai-siyasi qəzet
Ukraynanın hücumu nəticəsində Kursk vilayətinin getdikcə daha çox rayonları hərbi əməliyyatların səhnəsinə çevrilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Suca şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirildiyi rusların özləri tərəfindən təsdiqlənir. Ukrayna Silahlı Qüvvələri Belovski rayonunda da peyda olub: yerli sakinlər burada Ukraynanın zirehli texnikasını lentə alıblar. Bir gün əvvəl onları qonşu Borkada görüblər.
Analitiklərin fikrincə, ukraynalılar Belovski rayonu ilə qonşu olan Belqorod vilayətinə tam daxil olmağa çalışırlar. Ukrayna Silahlı Qüvvələri Kolotilovka sərhəd məntəqəsinə hücum edib. Bölgə rəhbəri Krasnoyaruzski rayonunun sakinlərinin təxliyəsi barədə məlumat verib. Qeyd edək ki, müharibədən əvvəl burada 14 min insan yaşayırdı.
Dövlət kanalları baş verənləri sadəcə “təxribat” və “vəziyyət” adlandırıblar.
Yalnız Birinci Kanal da “müdaxilə” sözü işlədilib. “Rossiya-1” kanalının “Həftənin xəbərləri”ndə Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə bağlı “Rusiya Federasiyası ərazisindəki vəziyyət”, ya da “Kurska hücum” kimi ifadə olunub. Vladimir Solovyov tok-şousunda “görünməmiş eskalasiya” ifadəsi işlədilib.
Rusiya analitikləri isə yerli hakimiyyətə qəzəblidir. Hərbi müxbir Sladkov istehkamların və mina sahələrinin təchiz olunmadığını, onlara ayrılan pulun oğurlandığını bildirib.
Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Qurulev isə sərhədçilərin hətta kəşfiyyat vasitələri olmadığını yazıb “Heç kim hesabatlarda həqiqəti bəyənmir. Biz verilən bütün direktivlərə və hesabatlara baxmalıyıq. Heç bir şey olmadığından şübhələnirəm”,-deyə o, qeyd edib.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ